Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tokayevi BAF Direktorlar Şurasının sədri Pan Qi Mun, eləcə də Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao Letszi qəbul edib.
Qeyd olunub ki, Tokayevin səfər çərçivəsində Çin Xalq Respublikasının rəhbərliyi, eləcə də, beynəlxalq təşkilatların və iri Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşü nəzərdə tutulub.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.
Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.